Gündəm

Ermənilər Natiq Şirinova da “sahib” çıxdılar – FOTOFAKT

“Because Armenia” adlı erməni “Facebook” səhifəsi nağara-zurnanın Ermənistana aid olduğunu iddia edən bir paylaşım edib.

Publika.az xəbər verir ki, paylaşımda Azərbaycan musiqiçisi, nağara ifaçısı və “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinovun nağara ilə olan fotosu yer alıb.

Ermənilər “dhol və zurna (nağara və zurna) ənənəvi erməni musiqisində mühüm əhəmiyyət kəsb edir və onlar zəngin musiqi irsimizin şərəfləndirilməsində mühüm rol oynayırlar” ifadələri ilə başlayan yazını, Azərbaycanın Xalq artisti Natiq Şirinovu öz musiqiçiləri kimi təqdim edərək onun fotosu ilə bərabər paylaşıblar.

Fotonun üzərində isə bu ifadələr işlədilib:

“Dhol Zurnanın sənətini kəşf edin, ənənəvi erməni musiqi alətləri ilə müşayiət olunan canlı xalq rəqsi hər məclisə sevinc və şənlik gətirir”.

Back to top button