Monday, April 21, 2025



ən son paylaşılan

Qızılın qiyməti tarixi maksimumda – Görün neçəyə oldu…

Birjada qızılın qiyməti aprelin 21-də keçirilən hərraclarda bir Troya unsiyası üçün 3 400 dollar həddini keçərək yeni tarixi maksimumunu yeniləyib.

Milli.Az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarında əks olunub.

Məlumata görə, “Comex” birjasında 2025-ci ilin iyun ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək, Troya unsiyası üçün 3 435 dollar həddini keçib.

Bakı vaxtı ilə saat 17:08-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1.25% artaraq, bir unsiya üçün 3 436.6 dollar təşkil edib. Bir neçə dəqiqə sonra, saat 17:17-də artım bir qədər yavaşlayıb və 3 428 dollar təşkil edib.


Ən son paylaşılan

ən çox oxunan