ABŞ-da maraqlı və narahatedici hadisə baş verib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qapısının döyülməsini eşidən kişi təhlükəsizlik kamerasından baxanda böyük sürprizlə üzləşib: Qapıda iki timsah olduğunu görüb.
Hadisənin görüntüləri qısa zamanda sosial mediada yayılıb və böyük səs-küyə səbəb olub.
Timsahlardan birinin evin girişinə yaxınlaşaraq qapını açmağa çalışdığı görüntülər diqqət çəkib. Hadisədən sonra ev sahibi vəziyyəti səlahiyyətlilərə çatdırıb və timsahlar nəzarət altında ərazidən uzaqlaşdırılıb.