Monday, April 21, 2025



ən son paylaşılan

“Qiyamət günü” YAXINLAŞIR – 2 ölkə bu halda xəritədən silinə bilər, digər 2-si isə…

Nəhəng aysberq Avropa sahillərinə doğru irəliləyir və iki ölkəni irimiqyaslı su basmasına səbəb ola bilər. Bununla bağlı alimlər xəbərdarlıq edirlər.
“Qiyamət günü” ləqəbi ilə tanınan buz kütləsi Britaniyanın xarici ərazilərinin bir hissəsi olan Cənubi Atlantikaya sürüklənir. Tədqiqatçılar qeyd edirlər ki, dekabr ayında okean burulğanından “qaçdıqdan” sonra aysberq ekosistemlər və bəşəriyyət üçün təhlükə yaradaraq sürətlə hərəkət etməyə başladı.
Bu buz nəhənginin əriməsinin milyonlarla dəniz canlısının həyatını məhv edəcəyi və planet nisbətində bir fəlakətə çevriləcəyi proqnozlaşdırılır. 2024-cü ilin temperatur rekordu da buzlaqların yoxa çıxmasının sürətləndiyini təsdiqləyir.
Mütəxəssislər diqqəti Qrenlandiya və Antarktidanın buz təbəqələrinin tamamilə məhv olma riskinə yönəldirlər. Onların suya çevrilməsi dünya okeanının səviyyəsini 10 metr qaldıracaq – bir çox sahil zonaları üçün kritik hədddir. Planetdəki bütün buzların tam əriməsi vəziyyətində su 64 metr qalxaraq Niderland və Danimarkanı xəritədən siləcək. (Publika.az)

Ən son paylaşılan

ən çox oxunan