Sunday, April 20, 2025



ən son paylaşılan

Bu yerlərə şimşək çaxacaq, dolu düşəcək – 21 APREL HAVA PROQNOZU AÇIQLANDI – Sabahın havası

Aprelin 21-də Bakı və Abşeron yarımadasında gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək.

  • Havanın temperaturu:
    • Gecə: 10-12° isti
    • Gündüz: 16-21° isti
  • Atmosfer təzyiqi: 761 mm civə sütunu
  • Nisbi rütubət:
    • Gecə: 70-75%
    • Gündüz: 50-55%

Azərbaycanın rayonlarında hava proqnozu

Əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv yağış və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.

  • Havanın temperaturu:
    • Gecə: 6-11° isti
    • Gündüz: 20-25° isti
  • Dağlıq ərazilərdə:
    • Gecə: 2° şaxtadan 3°-dək isti
    • Gündüz: 8-13° isti

Ən son paylaşılan

ən çox oxunan