Saturday, April 19, 2025



ən son paylaşılan

“Vanqa nənənin 2025-ci il üçün iqtisadi fəlakətlə bağlı proqnozu gerçəkləşib”

“Balkan Nostradamusu”nun proqnozlarının təxminən 85 faizi dəqiqliklə doğru çıxıb…”
Demək olar ki, 30 il əvvəl vəfat edən Vanqa nənə, görünür, 2025-ci ildə baş verəcək ciddi bir fəlakəti dəqiq proqnozlaşdırıb.
Moderator.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri yazıb.
Nəşr qeyd edir ki, bu dəfə hadisələrin mərkəzində ABŞ prezidenti Donald Tramp dayanır. Onun proqnozuna görə, dünyanı bürüyəcək ümumdünya iqtisadi fəlakət “bəşəriyyətin məhvinin başlanğıcı” olacaq.
2025-ci ildə bolqar müdrik qadın Vanqa nənənin azı bir öncəgörməsi artıq gerçəkləşib, növbədə isə iqtisadi proqnoz dayanır. Təxminən 30 il əvvəl dünyasını dəyişmiş kor falçı bir sıra mühüm qlobal hadisələri -11 sentyabr terror aktlarını, şahzadə Diananın ölümünü və COVID-19 pandemiyasını əvvəlcədən deməyi bacarıb.
Zamanımıza gəldikdə isə, “Balkan Nostradamusu” adlandırılan Vanqa iddia edirdi ki, 2025-ci ildə dünyanı “bəşəriyyətin məhvinin başlanğıcı olacaq ümumdünya iqtisadi fəlakət” gözləyir. Bunu nəzərə alaraq, Trampın dünya ticarətində yaratdığı qarışıqlıq və ziddiyyətli gömrük rüsumları bu ehtimalı daha da aktual edir.
O, xaricdən idxal olunan məhsul və xidmətlərə tariflər tətbiq etdikdən sonra fond bazarı son dərəcə dəyişkən olub. Tramp bu addımı Amerika sənayesini qorumaq üçün atdığını bildirsə də, onun bu bəyanatından sonra dünya bazarlarında ciddi çaxnaşma yaşanıb, qlobal tənəzzül qorxusu yaranıb.
Tramp “Truth Social” sosial şəbəkədə yazıb: “Heç kim, xüsusilə də bu gün bizə ən pis münasibət göstərən Çin bizə qarşı istifadə edilən ədalətsiz ticarət balansları və qeyri-pul tarif baryerlərinə görə məsuliyyətdən yayınmayacaq”. Aprelin 9-da tətbiq olunan tariflər ölkədən ölkəyə 10 faizdən 50 faizədək dəyişib. Ertəsi gün Çin buna cavab olaraq 145 faizik əks tariflər elan edib.
“New York Post” qeyd edir ki, Vanqa nənə, görünür, yenidən haqlı çıxıb – 2025-ci il üçün proqnozlaşdırdığı iqtisadi böhran baş verir, Tramp isə dünyanı tariflərlə təzyiq altında saxlayır. Ümumi skeptisizmə baxmayaraq, bu il üçün digər proqnoz fəlakətli təbii hadisələrlə bağlı olub. Mart ayında Tailand və Myanma 7, 7 bal gücündə dağıdıcı zəlzələ ilə sarsılıb, nəticədə təxminən 2000 nəfər həyatını itirib.
Əsl adı Vangeliya Pandeva Quşterova olan bolqar kahin 1996-cı ildə, 84 yaşında vəfat edib. Körpə yaşlarından görmə qabiliyyətini itirmiş Vanqa iddia edirdi ki, bu qabiliyyəti güclü ildırım və tufan zamanı qazanıb. Onun öncəgörmələri sırasında 11 sentyabr hadisələri, şahzadə Diananın ölümü və qlobal istiləşmənin nəticəsi olan daşqınlar da yer alır.
“Balkan Nostradamusu”nun proqnozlarının təxminən 85 faiz dəqiqliklə doğru çıxdığı deyilir. Ölümündən sonra isə 2025-ci ilin dağıdıcı zəlzələlərlə yadda qalacağı barədə proqnozu da daxil olmaqla daha çox proqnozları gerçəkləşməkdə davam edir.

Ən son paylaşılan

ən çox oxunan