Saturday, April 19, 2025



ən son paylaşılan

“Hamının haqqında hər şeyi rahatlıqla danışır. Bu ixtiyarı haradan alır, heç bilinmir…” – MEYXANAÇI EFİRDƏ AÇIQLAMA VERDİ

Meyxanaçı Orxan Lökbatanlı klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun bir müddət əvvəl “Xəbərin var?” verilişində ona bayağı ifaçı deməsinə cavab verib.

Publika.az xəbər verir ki, bu barədə o, “İncə səhər” verilişində danışıb. Orxan ifalarını bayağı hesab etmədiyini bildirib:

“Hüseyn toyda həmişə məni və ya Pərivizi görəndə bunu deyir. Bizim oxuduğumuz tərzə öz yanaşmasıdır. Bəlkə də bu onun musiqinin lap dərinliyinə getməsindən xəbər verir. Dostumdur deyə, tərəfini tutmuram. Mən hər şeyə dolğun yanaşan insanam. Məsələn, əlbəttə ki, Məhəmməd Füzulinin, Əliağa Vahidin yaradıcılığını əzbər bilən insana mənim şeirlərim adi gələ bilər. Ola bilər ki, Hüseyn son illərdə diqqətini musiqi təhsilinə verib. Mən ona demək istəyirəm ki, o boyda böyük bəstəkarların, musiqiçilərin yanında bizim mahnılarımız cılız görünə bilər. Amma bayağı da demək olmaz axı”.

Proqramda qonaq olan müğənni Vəfa Şərifova isə Hüseyn haqda bunları deyib:

“Məsələ burasındadır ki, özü də ortalığa bir iş çıxarmır. Ancaq söz var, danışır. Hamının haqqında hər şeyi rahatlıqla danışır. Bu ixtiyarı haradan alır, heç bilinmir”.

Qeyd edək ki, Hüseyn Məhəmmədoğlu bir müddət əvvəl müğənni İntiqam Kərimovun Vəfa Şərifova ilə bağlı “Heç bir opera müğənnisi “Dilbərim”i belə təmiz oxumur” açıqlamasını tənqid etmişdi. (Axşam.az)


Ən son paylaşılan

ən çox oxunan