Friday, April 18, 2025



ən son paylaşılan

Sərinişinlərlə dolu TƏYYARƏ QAÇIRILDI – Ölən və yaralılar var

Belizdə sərnişin təyyarəsi qaçırılıb. Publika.az xəbər verir ki, bu barədə “ABC News” hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Nəşr qeyd edib ki, ABŞ vətəndaşı Akinyela Sava Taylor uçuşdan əvvəl ekipaj üzvlərini bıcaqla hədələyərək, təyyarəni qaçırıb. Həmin şəxs ölkədən çıxmaq istəyib və həmçinin təyyarə üçün əlavə yanacaq tələb edib.

Keçən həftə sonu Taylorun ölkəyə girişinə icazə verilmədiyi vurğulanır, onun Belizə necə girə bildiyi məlum deyil.

Silah sənədi olan sərnişinlərdən biri ABŞ vətəndaşı olan Taylora atəş açıb, güllə onun sinəsinə dəyib. Nəticədə Taylor ölüb.

Nəşr bildirib ki, cinayətkar üç sərnişini bıçaqlayıb.

“Channel 5″in son məlumatına görə, hadisədən sonra təyyarə təhlükəsiz yerə enib.


Ən son paylaşılan

ən çox oxunan