Xalq şairi Vahid Əziz Sevgililər Günü ilə bağlı maraqlı açıqlamalar verib. Milli.Az xəbər verir ki, görkəmli şair deyib ki, bizim milli Sevgililər Günümüz olmalıdır:
“Niyə bizim milli Sevgililər Günümüz olmasın? Bütün gənclər 14 fevralda tuturlar ki, Müqəddəs Valentin günüdür. Amma onu tanıyan yoxdur. Bilmirlər ki, Müqəddəs Valentin özü şərəfsizin, alçağın, tərbiyəsizin biri olub. Hökmdar onu edam etdirib. Sonra onun özü kimi biri ortalığa çıxıb, hökmdar onu taxtın başına çıxarıb, adını da qoyub ki, Müqəddəs Valentin. Bir neçə il bundan əvvəl İctimai Televiziya gözəl təşəbbüslə önə çıxdı. Məsələ qaldırdılar ki, İlhamla Fərizənin toy gününü Sevgililər günü etsinlər. Amma bu, ayaq alıb yerimədi. Məncə, dövlətdə ideologiya ilə məşğul olan insanların diqqətini cəlb etməli, möhtərəm Prezidentimizə təklif verməliydilər. Mən bir neçə millət vəkilinə də demişəm ki, parlamentdə məsələ qoyun, bir kəlmə Prezidentimiz İlham Əliyev, ya da Birinci Vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva desə ki, bu günü Sevgililər Günü etmək lazımdır. Bitdi. Bunun tərbiyə və əhəmiyyəti böyük olar”.