ABŞ döyüş təyyarələri Yəmənin paytaxtı Sənaya 20-dən çox hava zərbəsi endirib. Publika.az xəbər verir ki, Sənanın Es-Sevra bölgəsindəki En-Nahda qəsəbəsinin hədəf alındığı hücumda 1 nəfər həyatını itirib.
Həmçinin, Əl-Həfa bölgəsinə 14, Beni Həşişə 3, Menaha və Nəqil əl-Fərda bölgəsinə isə 1 hücum həyata keçirilib.
Bundan əlavə, ABŞ qüvvələri Yəmənin Əl-Cəvf əyalətinin Əl-Həzm rayonuna hava zərbəsi endirib. Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın Hudeydə əyalətindəki Kamaran adasına 15-dən çox hava hücumu təşkil etdiyini açıqlayıb.
ABŞ hücumlarla bağlı rəsmi açıqlama verməyib.