Prezident İlham Əliyev “III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, 2025-ci ilin oktyabr ayında Azərbaycanda III MDB Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvləri sırasına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini əlavə edilib.
Bundan əlavə, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı, Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini və Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini isə Təşkilat Komitəsinin üzvləri siyahısından çıxarılıb.