Müğənni Xuraman Şuşalı həyat yoldaşı, rejissor Elçin Məmmədovla münasibətlərindən söz açıb. Milli.Az bildirir ki, sənətçi əri ilə boşanıb, aliment alması ilə bağlı söhbət edib.
“Həyat yoldaşım Elçin sosial şəbəkələrdən istifadə etməyimə qəti şəkildə icazə vermir. Hətta buna görə qırığın edir. Amma mən yenədə videolar çəkib orada yayımlayıram. Buna görə məni boşayacağından da qorxmuram. Hara boşayacaq? Alimenti çoxdur. Bəlkə də aylıq ondan ala bilmədiyimi alimentlə alacağam. Bu sözlərim heç də zarafat deyil. Tam ciddidir,.. Niyə zarafat olsun? O gün həyat yoldaşıma deyirəm ki, səndən boşanaram. Cavab verir ki, son zamanlar “boşanacağam” sözünü çox deyirsən. Mənə deyiblər ki, boşandığın təqdirdə həyat yoldaşından dörd övlada görə yaxşı aliment ala bilərsən. Alimenti alsam da uşaqlar yapışacaqlar atalarından. Sərf edir, əslində yaxşı fikirdir. Gərək bu barədə fikirləşim”, – deyə Xuraman vurğulayıb.
15 ildir ailəli olduğunu söyləyən müğənni bildirib ki, heç bir cütlük boşanmaqdan sığortalanmayıb:
“Həyat yoldaşım Elçinlə 15 ildir ki, ailəliyəm. Artıq biz bir-birimizə o qədər doğmayıq ki… Həyat sürprizlələ doludur. Belə bir məsəl var – “Heç vaxt, heç vaxt demə”. Birdə gördün ki, kişinin başı çöndü. Həyatdır… Heç kim, heç nədən sığortalanmayıb. Mənim də başım çönə bilər. Bizim uşaqlarımızın keçid dövrüdür. Onların 12-13 yaşları var. Allah heç bir uşağı atasız etməsin. Mən özüm atasız böyümüşəm və bu hissin nə olduğunu çox gözəl bilirəm. Allah sona kimi uşaqlarımıza analı-atalı böyüməyi qismət etsin”.
Qeyd edək ki, Xuraman və Elçin cütlüyünün dörd övladı var. (olay)