Friday, April 18, 2025



ən son paylaşılan

“ABŞ lazım gələrsə, İrana qarşı sərt addımlar atmağa hazırdır… Nüvə obyektlərinin məhv edilməsini də nəzərdən keçirir…” – Trampdan SƏRT AÇIQLAMA

ABŞ lazım gələrsə, İrana qarşı sərt addımlar atmağa hazırdır və Tehranın nüvə obyektlərinin məhv edilməsini də nəzərdən keçirir.

Milli.Az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə El Salvador prezidenti Nayib Bukele ilə görüşü zamanı jurnalistlərə bildirib.

“Bu, çox sadədir. Onların nüvə silahı ola bilməz və onlar [ABŞ ilə danışıqlarda] tez hərəkət etməlidirlər, çünki onlar artıq onu əldə etməyə yaxındırlar, və onlar buna sahib olmayacaqlar. Və əgər sərt bir addım atmaq məcbur olsaq, bunu edəcəyik”, – deyə D.Tramp bildirib.

Ondan bu tədbirlərə İranın nüvə obyektlərinə zərbələrin daxil olub-olmaması soruşulub. “Əlbəttə”, – deyə ABŞ prezidenti cavab verdi.


Ən son paylaşılan

ən çox oxunan