Saturday, April 19, 2025



ən son paylaşılan

Hava şəraiti ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Şamaxı, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Goranboy, Samux, Mingəçevir, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusarda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.


Ən son paylaşılan

ən çox oxunan