Mərakeşdə təyyarə qəzası baş verib. Publika.az xəbər verir ki, bu barədə “World News” məlumat yayıb. Bildirilib ki, qəza Fes-Saiss Beynəlxalq Hava Limanı yaxınlığında uçuş-enmə zolağına az qalmış baş verib.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb, təyyarəyə ciddi ziyan dəyib. Təyyarədə sərnişinlərin olub-olmadığı dəqiqləşdirilir. Xəsarət alan ekipaj üzvləri tibb müəssisəsinə aparılıb.
