Astrologiyada bəzi bürclər rahatlığı, laqeydliyi və ehtiyatsızlığı ilə seçilir. Bu bürclərin rahatlığı bəzən çevrəsindəkiləri narahat edə bilir.
Publika.az xəbər verir ki, rahatlığı sevən bürclər həyatda lazımsız stress və səyləri minimuma endirməyə çalışır və diqqətini xoş anlardan həzz almağa yönəldir.
Həmin bürcləri təqdim edirik:
Oxatan
Onlar üçün qaydalar sadəcə başqalarının əməl etməli olduğu şeylərdir. Risk etməkdən qorxmurlar və nəticələrini düşünmədən hərəkət edə bilərlər. Onların sözləri süzgəcdən keçmir, münasibətləri sərhəd tanımır. Onlar öz yollarında gedirlər və bu rahat rəftarları ilə adətən hamının diqqətini çəkirlər. Oxatanlar azadlıqsevərdirlər və həyatı çox da ciddiyə almırlar. Onlarda “onsuz da bir yolunu tapacağıq” düşüncəsi var.
Buğa
Rahatlığına və dincliyinə böyük əhəmiyyət verir. Onlar həyatı yavaş-yavaş, sakit və sevinclə yaşamaq istəyirlər. İzdihamdan, təlaşdan uzaq dururlar və öz kiçik dünyalarında xoşbəxtdirlər. Onlar üçün həyat yarış deyil, zövq alınmalı və həzz alınmalı bir təcrübədir. Ona görə də tələsmirlər, çaxnaşmalara qapılmırlar və lazım olandan daha böyük işlər görmürlər. Çünki onlar bilir ki, həyatın tempi nə olursa olsun, daxili rahatlığını tapanlar qalib gəlir.
Dolça
Heç vaxt fərqli olmaqdan çəkinməzlər. Onlar öz daxili qaydaları ilə yaşayırlar. Hamı “A” deyəndə onlar “Z” deyir və bunu edərkən heç bir narahatlıq hiss etmirlər. Dolçalar öz həqiqətləri ilə yaşayır və başqalarının qaydaları ilə hərəkət etmirlər. Onlar üçün vacib olan daxili rahatlıqdır.
Şir
Dəbdəbəni və təmtəraqlılığı sevir. Fərqli və rahat həyat tərzi Şir bürcünün xarakterik xüsusiyyətlərindən biridir. O, adətən öz rahatlığını təmin etmək üçün çox çalışır və sonra bu rahatlıqdan həzz almaq istəyir. Dəbdəbəli tətil, gözəl yemək və ya xoş bir ictimai tədbir Şir bürcünün ən sevimli məşğuliyyətlərindəndir.
Balıqlar
Xəyalpərəst və həssas təbiəti ilə tanınır. Rahatlıq və dinclik axtarışı Balıqlar üçün olduqca uyğundur. Balıqlar üçün mənəvi rahatlıq fiziki rahatlıq qədər vacibdir. Onlar emosional olaraq rahat hiss etdikləri mühitlərdə olmaq istəyirlər. Meditasiya və yoqa kimi mənəvi rahadladıcı fəaliyyətlər Balıqlar üçün idealdır.