Saturday, April 19, 2025



ən son paylaşılan

Helikopter ÇAYA DÜŞDÜ – 6 nəfər öldü

Nyu-Yorkda helikopterin Hadson çayına düşməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb. Lent.az xəbər verir ki, şəhər polisi təyyarənin göyərtəsində pilot, 3 uşaq və 2 böyükdən ibarət ailənin olduğunu açıqlayıb.

Ailə İspaniyadan gəlmiş turistlər olub. Helikopter qəzadan əvvəl 12 dəqiqə havada olub. Hadisənin baş vermə səbəbi araşdırılır.

***
00:27

Nyu-Yorkda helikopter qəza edərək Hadson çayına düşüb.

Lent.az xəbər verir ki, bu barədə şəhər polisi “X” sosial şəbəkəsində məlumat yayıb.

Nəticədə bir nəfər dünyasını dəyişib.

Qeyd olunub ki, hadisə yerinə təcili yardım və xilasedici xidmətlər cəlb olunub.

Əlavə məlumat hələlik açıqlanmayıb.


Ən son paylaşılan

ən çox oxunan