Saturday, April 19, 2025



ən son paylaşılan

“Bir anda telefon zəngi alacağıq və hər şey hazır olacaq.. Bizim silahlarımız var ki, onların nə olduğunu heç kim bilmir” – TRAMPDAN SENSASİYALI AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp dünən axşam Oval Ofisdə keçirlən mətbuat konfrasında media mənsublarının aktual məsələlərlə bağlı suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, Tramp müsahibəsində Çin Dövlət Başçısı Xi Jinpingi “ağıllı adam” olaraq xarakterizə edib.

O, bu sayədə Çin ilə çox yaxşı bir razılaşma əldə edəcəklərini bəyan edib:

“Xi nə edilməsi lazım olduğunu dəqiq bilən bir insandır, ölkəsini sevir və məncə, razılaşmaq istəyəcək. Düşünürəm ki, bu baş verəcək. Bir anda telefon zəngi alacağıq və hər şey hazır olacaq. Biz insanların dərk etdiyindən də güclüyük. Bizim silahlarımız var ki, onların nə olduğunu heç kim bilmir”.

Qeyd edək ki, ABŞ prezidenti dünən səhər öz təşəbbüsləri ilə tarifləri 90 gün müddətinə dayandırmağa qərar verdiklərini bildirmişdi. O, ədalətli olduqları təqdirdə Çin də daxil olmaqla, hər kəslə gömrük və ticarət müqavilələri bağlamağa hazır olduqlarını vurğulamışdı.


Ən son paylaşılan

ən çox oxunan