Saturday, April 19, 2025



ən son paylaşılan

DİQQƏT! Yayılan virusla bağlı valideynlərə ÇAĞIRIŞ EDİLDİ – VİDEO

Rotavirus yenidən uşaqlar arasında geniş yayılmağa başlayıb. Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, həkim-pediatr Aysel Qədimova deyir ki, rotavirus çirkli əllər, yaxşı yuyulmamış qidalar, bəzən də hava və damcı yolu ilə də yayıla bilir.

Pediatr bildirir ki, rotavirusa yoluxmamağın və ya bu xəstəliyi yüngül keçirməyin ən yaxşı yolu peyvənddir.

Həkimin sözlərinə görə, rotavirusa yoluxan uşaqlar məktəbə və ya bağçaya göndərilməməlidir. Bu halda həm yoluxan uşağın vəziyyətində ağırlaşa, həm də digər uşaqlar yoluxa bilər.

Daha ətaraflı videomaterialı təqdim edirik.

Milli.Az


Ən son paylaşılan

ən çox oxunan