Saturday, April 19, 2025



ən son paylaşılan

Cəbrayıl rayonunda ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş – FOTO/VİDEO

Cəbrayıl rayonu ərazisində minaya düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Heydər Əli oğlu Xankişiyev şəhid övladıdır. Publika.az “Xəzər” TV-yə istinadən bildirir ki, Heydər Xankişiyev İmişli rayonunun Sarıxanlı kənd sakinidir.

O, Birinci Qarabağ müharibəsinin şəhidi Əli Şahlar oğlu Xankişiyevin övladıdır.

Əli Xankişiyev İmişli Rayon Polis Şöbəsinin əməkdaşı olub.

Polis baş çavuşu olmuş Əli Xankişiyev 1991-ci ilin 14 noyabrında Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.


Ən son paylaşılan

ən çox oxunan