Saturday, April 19, 2025



ən son paylaşılan

DƏHŞƏTLİ ZƏLZƏLƏ! YÜZLƏRLƏ ölü, 700-dən çox YARALI…

Myanmada baş verən zəlzələdə ölənlərin sayı 144 nəfərə çatıb. Lent.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Məlumata əsasən, təbii fəlakət nəticəsində 732 nəfər yaralanıb.

***

14:59

Myanmada baş verən zəlzələdə azı 25 nəfər ölüb.

Lent.az xəbər verir ki, təxminən iki yüz nəfər yaralanıb.

Qonşu Tailandda isə 3 nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, bu gün Myanmada 7,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar qonşu ölkələrdə – Çin, Tailand və Laosda da hiss olunub.

Tailandın paytaxtı Banqkokda zəlzələdən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib. Şəhərdə tikilməkdə olan hündürmərtəbəli bina dağılıb, 40-dan çox insan dağıntılar altında qalıb.


Ən son paylaşılan

ən çox oxunan