Yaz fəslində insanların qida rasionuna daxil etdiyi əsas bitkilərdən biri göbələkdir. Xüsusilə D vitamini ilə zəngin olan göbələyin insan orqanizmi üçün müstəsna əhəmiyyətə malik olduğu deyilir.
“Qafqazinfo” göbələyin faydalarını təqdim edir:
- Orqanizmdə iltihabı azaldır
- Qan şəkəri səviyyəsini tənzimləyir
- Arıqlamağa kömək edir
- Sümük sağlamlığına töhfə verir
- Bədənin su-elektrolit balansını tarazlayır
- Saç, dırnaq və diş sağlamlığını qoruyur
- İmmuniteti gücləndirir
- Sinir sistemini sakitləşdirir
Saymaqla bitməyən faydalarına baxmayaraq, göbələk allergiya və zəhərlənmə riski yüksək olan qidalar sırasındadır. Bu səbəbdən göbələk seçərkən xüsusi diqqət yetirilməli, təmiz və təzə olduğundan əmin olmaq lazımdır.