Maraqlı

Hava limanında qadından zürafə nəcisi müsadirə edildi: Niyə gətirirmiş?

ABŞ-da hava limanında bir qadının boyunbağı düzəltmək üçün gətirdiyi zürafə nəcisi ələ keçirilib. ABŞ Gömrük və Sərhəd Mühafizəsi nəcisdən bir insanın xəstəliyə yoluxmuş ola biləcəyini və “ciddi sağlamlıq problemləri yaşaya biləcəyini” bildirib.

Publika.az xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi bildirib ki, qadın sentyabrın 29-da Minnesota ştatının Minneapolis-Sent-Pol hava limanında əşyalarına baxış keçirilərkən məmurlara kiçik qutuda nəcis bəyan edib. O, səlahiyyətlilərə nəcisi Keniyaya səfəri zamanı götürdüyünü və boyunbağı düzəltmək üçün baqajına qoyduğunu deyib. Ayovadan olan qadın əvvəllər maral nəcisindən boyunbağı düzəltdiyini bildirib.

Minnesota İctimai Radiosunun məlumatına görə, zürafə nəcisi müvafiq icazələr və yoxlamalarla ABŞ-a gətirilə bilər.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi qadının, nəcisin bəyan edilməsinə və gömrük işçilərinə verilməsinə görə heç bir sanksiya ilə üzləşməyəcəyini bildirib.

Back to top button