Saturday, April 19, 2025



ən son paylaşılan

İrandan PUA ilə narkotik keçirmək istəyənlər tutuldu – ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib. Məlumata görə, mart ayının 21-də “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilib, bir qədər sonra isə avtomobillə həmin istiqamətdə hərəkət edən 2 (iki) nəfər naməlum şəxs müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avtomobilin hərəkəti məhdudlaşdırılıb.

Abşeron rayonu, Saray qəsəbə sakinləri – 25 yaşlı Qurbanov İlqar Nuhbala oğlu və 40 yaşlı Məhərrəmov Nemət Mollağa oğlu şübhəli şəxs qismində saxlanılıb. Nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 354 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. İlkin dindirmə zamanı saxlanılan şəxslər İran ərazisindən PUA vasitəsilə atılan narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Ən son paylaşılan

ən çox oxunan