Aparılan elmi araşdırmalar nəticəsində məlum olub ki, B qan qrupu olan şəxslər digər qruplara nisbətən gec yaşlanır. Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Yaponiya nəşr olunan “Experimental Gerontology” jurnalında dərc edilən məqalədə bildirilib. Məlumatda deyilir ki, B qan qrupu olan şəxslərin hüceyrə bərpası və metobolik prosesləri daha effektiv olur. Ona görə də onlar digər qruplara nisbətən gec yaşlanırlar. Qeyd edək ki, dünya əhalisinin sadəcə 10%-i B qan qrupuna sahibdir. (Mənbə: Milli.az – “Experimental Gerontology” jurnalı).
ƏLAVƏ MƏLUMAT YENİLƏMƏSİ:
İnsanlarda dörd qan qrupu mövcuddur: I(O), II(A), III(B), IV(AB). Qan qrupları tərkibindəki zülallara əsasən adlandırılır. Aydınlaşdırılmışdır ki, qanın eritrositlərində A və B aqqlütinogenləri və qanın plazmasında isə a(alfa) və ß (beta) aqqlütininləri vardır. İnsan qanında bu maddələrin kombinasiyası 4 variantda mövcuddur: I. Əgər insanın qanının eritrositlərində aqqlütinogenlər yoxdursa, lakin plazmada a və ß aqqlütininləri varsa belə şəxslərin qanı 1-ci qrupa aid edilir. II. Qanın eritrositlərində A aqqlütinogeni, plazmada isə ß aqqlütinini mövcuddursa belə şəxslərin qanı 2-ci qrup hesab olunur. III. Qanın eritrositlərində B aqqlütinogeni, plazmada isə a aqqlütinini varsa belə şəxslərin qanı 3-cü qrup hesab olunur. IV. Qanın eritrositində A və B aqqlütinogeni olduğu halda, plazmada aqqlü tininlər olmursa belə şəxslərin qanı 4-cü qrupa aid edilir. Qan qrupları ömür boyu dəyişməz olaraq qalır və valideyndən yeni nəslə irsən verilir. Birinci qan qrupu insanlar arasında ən geniş yayılmış, dördüncü qan qrupu isə ən az yayılmış qan qrupudur. (Mənbə: Wikipedia)