ABŞ prezidenti Donald Tramp 530 min kubalı, haitili, nikaraqualı və venesuelalı miqrantın ölkədəki hüquqi statusunu ləğv edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, onlar CHNV proqramı çərçivəsində ABŞ-a daxil olublar. Bu proqram əvvəlcə 2022-ci ilin oktyabrında Trampın sələfi Co Bayden tərəfindən işə salınıb, 2023-cü ilin yanvarında isə genişləndirilib.
Bildirilir ki, bu proqram üzrə sponsorluq edilən immiqrantlar martın 25-də müvafiq sərəncamın dərc edilməsindən sonra 30 gün ərzində hüquqi statuslarını itirəcəklər. Əgər aprelin 24-dək başqa bir immiqrasiya statusu əldə etməsələr, ölkəni tərk etməli olacaqlar.