Saturday, April 19, 2025



ən son paylaşılan

Xalq artisti qan xərçəngindən VƏFAT ETDİ – FOTO

RSFSR-in xalq artisti Larisa Qolubkina vəfat edib. Onun 85 yaşı var idi.

Publika.az xəbər verir ki, bu barədə Moskva Ordusunun Mərkəzi Akademik Teatrı məlumat yayıb.

Qolubkinanın ölüm səbəbi hələlik məlum deyil, lakin ona əvvəllər bədxassəli qan xəstəliyi diaqnozu qoyulub. Aktrisaya palliativ status verilib və daimi qayğıya ehtiyacı olub.

Qolubkinanın görmə və eşitmə ilə bağlı ciddi problemləri var idi və o, özünə baxa bilmirdi.

Aktrisa Eldar Ryazanovun “Hussar balladası” komediyasında oynadığı baş rol sayəsində bütün Sovet İttifaqında məşhurlaşıb.

 


Ən son paylaşılan

ən çox oxunan