Saturday, April 19, 2025



ən son paylaşılan

Azərbaycanda şagirdin başına gələn TÜKÜRPƏDİCİ HADİSƏ: “Dağa aparıb…” – VİDEO

Şəkidə məktəblilər arasında amansız hadisə yaşanıb. Publika.az xəbər verir ki, bu barədə detallar “Səni Axtarıram” verilişində açıqlanıb. Belə ki, 4 məktəbli dostu onu dağa apararaq ölümcül halda döyüb, daha sonra istədikləri şəkildə video çəkərək sosiallaşdırıblar. Fuad adlı şagird məktəb yoldaşları tərəfindən alçaldılaraq, vəhşicəsinə döyülüb. Bununla kifayətlənməyən “dostlar”ı yeniyetmədən üzr istəməsini tələb edərək videosunu və səs yazısını çəkib şagirdlərin ortaq qrupuna yollayıblar.

Zorakılığa məruz qalan məktəbli hadisənin təfərrüatlarını belə izah edib:

“Şəki şəhərindən gəlmişəm. 12 nömrəli tam orta məktəbdə təhsil alıram. Uşaqlarla ortaq votsap qrupumuz var. Geyim söhbəti gedirdi ki, hansı sinif nə rəng paltar seçəcək. Qızlar danışanda dedim ki, əsas birlikdə olmaqdır, rəngin fərqi yoxdur. Sonra orada bir qız məni təhqir etdi, mən də ona qarşı sərt danışdım. Ağır danışsam belə, onu təhqir etmədim. Daha sonra “qızdır, xətrinə dəymişəm” deyərək gedib üzr istədim. Daha sonra mənə zəng gəldi. Mart ayının 9-u idi. Məktəb yoldaşlarım məni çağırıb söhbət etmək istədiklərini bildirdilər. Gedənə qədər hər şeydən xəbərsiz idim. Düşünürdüm ki, danışıqla məsələni həll edəcəyik. Görüşdükdə uşaqlar dedi ki, elə yerə gedək ki, səsimizi eşidən olmasın. Başıma gələcəklərdən agah olsam da, qaça bilmədim. Gec idi. Məni dağa apardılar. Elnur, Musa, İlham və s. adlı uşaqlarla danışmağa başladım. Onlardan biri ailəmə qarşı pis söz dedi və qabağa gələndə məni vuracağından şübhələnib ona vurdum. Sonra dava başladı. Üzümü tutmuşdum. Elnur gəlib üzümü açdı və zərbələr endirməyə başladılar. Məni videoya çəkdiklərindən xəbərim yox idi. Yarı huşsuz vəziyyətdə məndən üzr istəməyimi tələb etdilər və bunu özümü təhqir edərək deməyimi istədilər. Etməsəm, daha da ağır zərbələr endirəcəklərini dedilər. Artıq ölümə yaxın halda idim. Gözüm şişmişdi onların nə etdiyini görmürdüm. Səsimi də yazıb video ilə birgə qrupa atdılar. İlham məni vurmaq istəyəndə Elnur qoymadı. Çıxıb getdilər. Dağlıq ərazidə huşsuz vəziyyətdə qaldım və 20 dəqiqə sonra özümü toparlayıb yavaşca oradan aşağı düşməyə başladım. Orada yırtıcı itlər var idi. Qalsam məni parçalayacaqdılar. Sonra mənlə dalaşanlardan biri gəlib dedi ki, kimisə çağır səni evə aparsın. Telefonumun şəbəkəsi tutmurdu”.

Fuad adlı şagird bu hadisə ilə bağlı polisə şikayət etdiyini bildirib. Zorakılıq törədən məktəblilər etdikləri hərəkətə görə polis bölməsinə çağırılsalar da, sonradan sərbəst buraxılıblar. Məktəb direktoru isə yalnız aprelin 1-dək onları məktəbdən uzaqlaşdırmaq səlahiyyətinə malik olduğunu, lakin birdəfəlik uzaqlaşdırılmanın mümkün olmadığını qeyd edib.

Qeyd edək ki, hadisədən 10 gün keçməsinə baxmayaraq, zorakılığa məruz qalan şagirdin aldığı xəsarət izləri hələ də ilk gündəki kimi nəzərə çarpır.(Yenisabah.az)


Ən son paylaşılan

ən çox oxunan