Saturday, April 19, 2025



ən son paylaşılan

KÖRPÜ ÇÖKDÜ: Çox sayda ölü və yaralı var

Taylandın paytaxtı Banqkokda tikintisi davam edən avtomobil körpüsünün uçması nəticəsində 7 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə Taylandın Fəlakətin Qarşısının Alınması Departamenti (DDPM) məlumat yayıb.

Dəhşətli qəzada körpünün tikintisində çalışan 7 nəfərin həyatını itirdiyi, 4-ü ağır olmaqla 30 nəfərin yaralandığı açıqlanıb.

Taylandın nəqliyyat naziri həyatını itirənləri yaxınlarına başsağlığı verib. O qeyd edib ki, hadisə ilə bağlı araşdırma aparıldıqdan sonra zərərçəkənlərə lazımi təzminat ödəniləcək.


Ən son paylaşılan

ən çox oxunan