Tərtərdə qətl hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Kəngərli kəndində qeydə alınıb.
Məlumata görə, 57 yaşlı Muğan Həsənov oğlu 34 yaşlı Emin Həsənzadəni bıçaqlayaraq öldürüb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.