Friday, April 18, 2025



ən son paylaşılan

Goranboyda 9-cu sinif şagirdinin qaçırılması ilə bağlı AÇIQLAMA

Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərlə bağlı bildiririk ki, məktəbin şagirdi martın 12-də ilk 3 dərsdə iştirak edib. 4-cü dərsdən məktəbi tərk edərək sonrakı dərslərdə iştirak etməyib.

Lent.az xəbər verir ki, bu barədə APA-ya Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, aidiyyəti qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb.

Məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları araşdırma aparır.

***
23:07

Goranboyda məktəblinin qaçırıldığı iddia olunur.

Lent.az APA-ya istinadən xəbər verir ki, Goranboy şəhər 2 sayılı tam orta məktəbin 9-cu sinif şagirdi Z.B iki gündür ki, yoxa çıxıb.

Məktəblinin dərs vaxtı qaçırıldığı iddia olunur.

Goranboyda məktəblinin qaçırıldığı iddia olunur.

APA-nın yerli bürosunun məlumatına görə, Goranboy şəhər 2 sayılı tam orta məktəbin 9-cu sinif şagirdi Z.B iki gündür ki, yoxa çıxıb.

Məktəblinin dərs vaxtı qaçırıldığı iddia olunur.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Araşdırmanın nəticəsi barədə məlumat veriləcək


Ən son paylaşılan

ən çox oxunan