Saturday, April 19, 2025



ən son paylaşılan

Bazar raketlə vuruldu, 3 nəfər öldü

Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin Veliki Kopani şəhərindəki bazara HİMARS reaktiv yaylım atəşi sistemi ilə endirdiyi zərbə nəticəsində 3 nəfər həlak olub.

Lent.az xəbər verir ki, bu haqda vilayətin təcili yardım xidmətindən məlumat verilib.

Həlak olanlardan birinin xəstəxanaya aparılarkən yolda, ikisinin isə hadisə yerində dünyasını dəyişdiyi bildirilir.

 

 

***

19:23

Ukrayna Ordusu Rusiyanın nəzarətində olan Xerson vilayətinin Velikie Kopani kəndində bazara iki raket zərbəsi endirib.

Lent.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, 7 nəfər yaralanıb.

Vilayətin “qubernatoru” Vladimir Saldo isə raket zərbəsi nəticəsində ölənlərin olduğu barədə paylaşım edib.


Ən son paylaşılan

ən çox oxunan