Paytaxt şəhərin bir çox hissələrində səhər saatlarından etibarən su kəsintisi müşahidə edilir. Sakinlər kütləvi şəkildə narazılıq bildirir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti saat günün ikinci yarısı sosial mediada bununla bağlı elan yayıb. Elanda deyilir:
Xocəsən və Biləcəri qəsəbələri ərazisindən keçən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə bağlı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlara, “Vorovski” qəsəbəsinə və Nərimanov rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranıb.
8 mart tarixində gün ərzində suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə həyata keçiriləcək.