Sunday, November 24, 2024

Latest Posts

Siqareti tərgitməyin üç yolu

Yeni araşdırma siqareti atmağın yollarını tapıb. Bunlardan üçünün vərdişdən qurtulmağın ən təsirli yolu olduğu müəyyən edilib. Oksford Universitetinin ictimai səhiyyə alimi Jamie Hartmann-Boyce və həmkarları iştirakçıların ən azı 6 ay ərzində siqareti tərgitmə səylərini izləyən 319 araşdırmanı nəzərdən keçiriblər. 157 min 179 adam araşdırmada iştirak edib.

Publika.az xəbər verir ki, siqaretdə asılılıq yaradan əsas tərkib hissəsi olan nikotin ən çox istifadə edilən maddələrdən biridir. O, həm də ən çox asılılıq yaradan üçüncü maddədir. Çünki beyinə güclü təsir edir.

Araşdırma göstərir ki, kömək olmadan 100 nəfərdən yalnız 6-sı siqareti uğurla buraxmaq şansına malikdir. Məlum olub ki, vareniklin və siticin kimi köməkçi vasitələr, həmçinin nikotinli elektron siqaretlər siqareti atmaq üçün ən təsirli üç üsuldur. Vareniklin və sitozin beyindəki nikotin reseptorlarını aktivləşdirir, nikotin tərəfindən aktivləşdirildikdə dopamin ifraz edir.

Araşdırma nəticəsində məlum olub ki, iki dərmanın effektivliyi demək olar ki, eynidir. Bu üsullarla siqareti atmağa çalışan insanların təxminən 100-də 14-ü 6 ay və ya daha çox müddətdə uğur qazanır.

Digər ən təsirli strategiya nikotinli elektron siqaretlərdir. Bunların 100 nəfərdən təxminən 14-nə uzun müddət ərzində siqareti tərgitməyə kömək etdiyi müəyyən edilib. Digər tərəfdən bir çox mütəxəssis elektron siqaretlərin tərkibində ağciyər xəstəliklərinə səbəb olan diasetil, nikel, qalay və qurğuşun kimi zərərli maddələrin olduğunu vurğulayıblar.

Bundan əlavə, nikotin yamaqları və saqqız və ya pastillər kimi iki növ nikotin əvəzedici terapiyanın (NRT) birləşdirilməsinin demək olar ki, bu üç üsul qədər təsirli ola biləcəyi aşkar edilib.

Aysel Şahmar

Latest Posts

Don't Miss