Saturday, April 19, 2025



ən son paylaşılan

Ancelina Coli kişilər haqqında belə düşünür

Aktrisa Bred Pittlə boşandıqdan sonra kişilərə etibar etmir.

Bu barədə “US Magazine” öz mənbələrinə istinadla xəbər verir.

“O, Bredlə yaşadıqlarından sonra kişilərə güvənməkdə çətinlik çəkir. Ancelina Bredlə olan münasibətindən aldığı travmanı heç vaxt tam şəkildə aşa bilməyəcəyini düşünür. Lakin o, özünü yarım hiss etmir, övladlarından və həyatından razıdır”, – deyə nəşrin insayderi bildirib.

Qeyd edək ki, Ancelina Coli və Bred PittBred Pittin altı övladı var: oğulları Maddoks Şivan, Paks Tiyen, Noks Leon, qızları isə Zaxara Marli, Şaylo Nuvel və Vivyen Marşelindir.

Ötən ilin dekabrın 31-də aktyorların boşanma prosesini başa çatdırmaq barədə razılığa gəldikləri məlum oldu. Oxu/az


Ən son paylaşılan

ən çox oxunan