Maraqlı

Ronaldo yenə də evlənir: Bu dəfə nə qədər səbri çatacaq? – FOTOLAR

Əfsanəvi braziliyalı futbolçu Ronaldo Nazario yenidən ailə həyatı qurub.

Keçən həftə o, 47 yaşında dördüncü dəfə evlənib. Onun növbəti seçimi yeddi ildir görüşdüyü Selina Loksdur. Toy İbitsada “Es Kubell” kilsəsində baş tutub. Daha sonra Ronaldo evində 400-ə yaxın qonağın qatıldığı səs-küylü şənlik təşkil edib.

Ronaldodan 14 yaş kiçik olan Loks Braziliyanın ən məşhur modellərindən biridir. O, həm də çox uğurlu iş qadınıdır. 33 yaşlı gözəlçə kosmetika sahəsində ixtisaslaşmış “Celina Locks Beauty” adlı brendini təsis edib.

Selina müntəzəm olaraq jurnalların üz qabığında görünür və məşhur nəşrlər “Vogue”, “Harper’s Bazaar”, “L’Officiel” və “Cosmopolitan” ilə əməkdaşlıq edir. Bundan əlavə, Loks xeyriyyə işləri ilə məşğul olmağa da vaxt tapır.

Back to top button