Saturday, April 19, 2025



ən son paylaşılan

Bakı-Şamaxı yolunda AĞIR QƏZA keçirən tanınmış müğənni Türkiyəyə aparıldı: Əməliyyata salındı – FOTO

2022-ci ilin sonlarında ağır qəzaya düşən müğənni Baba Dərələyəzlidən xəbər var.

Showaz.net Titul.az-a istinadən xəbər verir ki, Baba ötən gün növbəti dəfə əməliyyat olunub.

O, İstanbulda nüfuzlu “ACIBADEM”də əməliyyat edilib.

Qeyd edək ki, Baba Dərələyəzli 2022-ci ilin qışında rayonda toydan qayıdarkən qayıdarkən Bakı-Şamaxı yolunda ağır qəzaya düşüb. Avtomobili müğənninin doğma dayısı oğlu idarə edirdi. 

Ağır yol qəzası sənətçinin daxili orqanlarında fəsadlar yaradıb. Ölümcül vəziyyətdə xəstəxanaya çatdırılan Babanın dalağı çıxarılıb, qara ciyərinin isə bir hissəsi amputasiya edilib.

Müğənninin omba və bud nahiyyəsindəki sınıqlar isə onun 3 ilə yaxındır yeriməsinə ciddi əngəl olur. Bu artıq Babanın sayca dördüncü əməliyyatıdır.


Ən son paylaşılan

ən çox oxunan