Dünya

Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı bəyanatına İrandan reaksiya: Razıyıq, amma…

Tehran beynəlxalq sərhədlərin dəyişdirilməsinə və regionda geosiyasətə qarşıdır.

Publika.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrana səfərinin yekunlarını və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatlarını şərh edən İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani deyib.

Oktyabrın 1-də Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan İrana səfər edib və orada İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla danışıqlar aparıb.

“Tehran regiondakı bütün ölkələrin maraqlarını təmin edən kommunikasiya yollarının inkişafının tərəfdarıdır. Bununla belə, biz sərhədlərin dəyişdirilməsinin əleyhinəyik”, – deyə Kənani bildirib.

Onun sözlərinə görə, İran tərəfi bu məsələ ilə bağlı öz mövqeyini açıq şəkildə bəyan edib.

Bu il sentyabrın 26-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan demişdi ki, Ankara Zəngəzur dəhlizinin tez bir zamanda açılması üçün əlindən gələni edəcək. Eyni zamanda o qeyd edib ki, Ermənistan bu layihədə iştirak etməsə, yol İrandan keçə bilər.

Back to top button