Azərbaycanda iş və istirahət günlərinin yeri dəyişdirilib.
Qlobal.net xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Xəbər verdiyimiz kimi, 20-24 mart tarixləri Novruz bayramı günləridir.
Əmək Məcəlləsinə əsasən, istirahət günləri bayram günləri üst-üstə düşərsə, həmin istirahət günləri bayram günündən sonrakı iş gününə keçirilir. 22-23 mart tarixləri şənbə və bazar gününə təsadüf edir, ona görə də 25-26 mart tarixləri də qeyri-iş günü olacaq.
İki gün (27-28 mart – cümə axşamı və cümə günləri) iş gününün ardınca 29-30 mart – şənbə-bazar günləri gəlir. Bazar günü – 30 mart həm də Ramazan bayramının ilk günüdür. Belə ki, bu il Ramazan bayramı 30-31 mart tarixlərində qeyd ediləcək.
Beləliklə, 20 martdan 1 aprelə qədər qeyri-iş günləri olacaq.