Hər kəs maliyyə azadlığına çıxmaq və böyük uğurlar qazanmaq istəyir. Bəs milyoner olmaq üçün hansı yollar var?
Showaz.net platforması bu məqalədə xarici mediaya istinad edərək vacib məqamları paylaşır.
Sıfırdan başlamış və milyonçu olmuş 5 insanın uğur sirlərini paylaşırıq. Bu prinsipləri tətbiq etməklə sən də böyük uğura nail ola bilərsən.
1. Elon Musk – Risk almaqdan qorxma
Elon Musk PayPal, Tesla və SpaceX kimi nəhəng şirkətlərin qurucusudur. Onun uğur sirlərindən biri risk almaqdan çəkinməməsidir. O, qazandığı bütün pulları yeni bizneslərinə yatırmış və çətinliklərdən qorxmadan irəli gedib.
2. Oprah Winfrey – Davamlılıq və inadkarlıq
Oprah yoxsul ailədə doğulsa da, televiziyada çalışaraq özünü sübut etdi və nəticədə dünyanın ən uğurlu media maqnatlarından birinə çevrildi. O, dəfələrlə rədd cavabı alsa da, heç vaxt təslim olmadı. İnadkarlıq, əzmkarlıq onun əsas uğur sirlərindəndir. Özünəinam burada güclü faktdır.
3. Jeff Bezos – Strateji düşüncə
Amazon-un qurucusu Jeff Bezos kiçik bir onlayn kitab mağazası ilə başladığı işini dünyanın ən böyük e-ticarət imperiyasına çevirdi. O, qısamüddətli qazanca yox, uzunmüddətli böyüməyə fokuslandı.
4. Jack Ma – Rədd cavablarını motivasiyaya çevir
Jack Ma Alibaba-nı qurmazdan əvvəl dəfələrlə işdən imtina cavabı aldı. Ancaq o, heç vaxt ruhdan düşmədi və öz biznesini quraraq uğura çatdı.
5. Sara Blakely – Problem həll etmək
Spanx brendinin qurucusu Sara Blakely qadınlar üçün rahat geyimlər yaratmaqla milyonçu oldu. Onun əsas uğur sirri bazardakı boşluğu görmək və bu problemi həll etmək idi.
Hər hansı biznesə başlamazdan əvvəl biznes ideyalar haqqında dəqiq araşdırmalar aparmaq, mütəxəssislərdən məsləhət almaq tövsiyə edilir. Ən vacib məsələ isə başlamaq istədiyiniz biznes sahəsini dərindən öyrənməkdir.