Smartfon istifadəçilərinin əksəriyyəti cihazlarının batareyasının ömrünü uzun müddət qorumaq istəyir.
Düzgün şarj qaydalarına əməl etməklə batareyanın daha uzunömürlü olmasını təmin edə bilərsiniz. Showaz.net media platforması olaraq müxtəlif mənbələrdən araşdırma etdik və sizinlə bu məqalədə bu barədə danışacağıq.
1. Batareyanın ömrünü uzatmaq üçün əsas qaydalar
- Batareyanın 0%-ə qədər boşaltmaqdan çəkinin. Bəzi mütəxəssislər batareyanın 20-80% aralığında saxlanmasını tövsiyə edirlər.
- Telefonu daima 100%-ə qədər doldurmaq da batareyaya mənfi təsir edə bilər.
- Şarjda olarkən telefonun qızmasına imkan verməyin.
2. Telefonu necə və nə vaxt şarj etməli?
- Telefonu gün ərzində az-az şarj etmək daha faydalıdır.
- Şarj edərkən mümkün qədər ondan istifadə etməməyə çalışın.
- Şarj zamanı telefonu sərt səthdə saxlamaq istilənmənin qarşısını alır.
3. 100%-ə qədər doldurmaq ziyanlıdırmı?
- Tam dolu batareya uzun müddət şarjda qaldıqda batareyanın kimyəvi komponentlərinə təsir edə bilər.
- Optimal həll yolu telefonu 80-90%-ə qədər doldurmaqdır.
4. Gecə boyu şarjda saxlamaq düzgündürmü?
- Yeni nəsil smartfonlar artıq dolduqda enerji qəbulunu avtomatik dayandırsa da uzun müddət şarjda qalmaq telefonun qızmasına səbəb ola bilər.
- Gecə şarj etməyi vərdiş halına gətirməmək tövsiyə olunur.
5. Orijinal adapterlərdən istifadə
- Orijinal adapterlər cihazın istehsalçısı tərəfindən batareyaya uyğun hazırlanılır – bunu unutmayın.
- Orijinal olmayan və keyfiyyətsiz adapterlər batareyanın zədələnməsinə və hətta təhlükəsizlik problemlərinə səbəb ola bilər.