Antiterror tədbirlərində şəhid olanlarla bağlı…

0
1

“Antiterror tədbirlərində şəhid olanlarla bağlı bütün sosial təminatlar vaxtında, keyfiyyətli şəkildə icra olunacaq”.

Showaz.net xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həm birdəfəlik ödəmələr, həm təqaüd və pensiya ödəmələri, həm də qanunvericilikdə nəzərdə tutulmuş mənzil, avtomobil hüquqları həyata keçiriləcək: “Artıq ailələrlə görüşlər başlanıb. Nazirliyin müvafiq qurumları dəfn mərasimlərində iştirak edir, sənədləri toplayır”.