Fərqli ad günü təbrikləri üçün 12 kreativ fikir ilə qarşınızdayıq.
Ad günü təbriklərinizi hər kəsdən fərqli formada etmək üçün aşağıdakı ideyalardan yararlana bilərsiniz.
Fərqli ad günü təbrikləri üçün 12 kreativ fikir:
1. Video ilə ad günü təbriki
- Ad günü olacaq yaxınınız üçün ortaq dostlarınız və tanışlarınızla qısa təbrik videoları hazırlayın, onları sonda birləşdirin. Ən sonda isə öz videonuzu yerləşdirin. Hazırdır, ad günü olacaq insana göndərə bilərsiniz. Videoya xüsusi effektlər verə, onun sevdiyi mahnını əlavə edə bilərsiniz.
2. Virtual kart yarada bilərsiniz
- Canva və ya digər hər hansı dizayn proqramlarında özəl təbrik kartı hazırlayın. Kartda ad günü olacaq insanın şəkillərini, sevdiyi və ya ən çox istifadə etdiyi sözləri də yerləşdirə bilərsiniz. Rəng seçimində onun sevdiyi rənglərdən istifadə etməyi də unutmayın.
3. Ad günü olacaq şəxsə özəl şeir və ya qısa hekayə yazın
- Mənalı ad günü təbrikləri üçün kreativ ideyalardan biri də budur. Onun haqqında bir şeir və ya qısa hekayə yazaraq təbrik edə bilərsiniz.
4. Köhnə xatirələrinizə baxın
- Birlikdə çəkdirdiyiniz köhnə şəkillərdən ibarət “nostalji kollajı” hazırlayın. Hər bir şəklin altında həmin günə özəl qısa cümlələr yazın. Hətta şəkillər, cümlələr, hekayələrdən ibarət bir qutu da hazırlaya bilərsiniz.
5. Ad günü təbrikləri üçün mesaj yazın
- Doğum gününə özəl olaraq maraqlı təbrik mesajı hazırlaya və saat 00:00 olan kimi ona göndərə bilərsiniz.
- Ad günü təbrikləri üçün 10 fantastik mesaj məqaləmizə keçid edərək qeyri-adi cümlələr kəşf edə bilərsiniz.
6. Sevdiyi mövzuya uyğun hədiyyə hazırlayın
- Məsələn: əgər futbolu çox sevirsə, futbolla bağlı və ya top formasında bir hədiyyə və ya tort hazırlaya bilərsiniz.
7. Puzzle ilə ad günü təbrikləri
- Ad günü təbriki üçün yazdığınız cümlələri, sözləri, şəkillər puzzle şəklində hazırlayın və ona verin. Çox maraqlı və əyləncəli olacaq.
8. QR kod ilə ad günü təbriki
- Həmin şəxs üçün hazırladığınız video və ya şəkli bir QR kodda yerləşdirə bilərsiniz. QR kodu ona kuryerlə gizlicə göndərə və oxutmasını altında yaza bilərsiniz. Onun üçün sirli və həyəcan dolu bir sürpriz olacaq.
9. Şarla təbrik edin
- Onun gözləmədiyi bir vaxtda şarları ona kiminsə vasitəsilə göndərə və ya onun iş yerində, olduğu yerdə şarları havaya buraxa bilərsiniz (əgər buna icazə verilirsə).
10. Hər gün təbrik edin
- Onu hər gün motivasiya edəcək cümlələrdən ibarət ardıcıl bir qeyd dəftəri, gündəlik hazırlaya bilərsiniz. Hər gün qeydlər etdikcə həm sizi xatırlayacaq, həm də günə motivasiya ilə başlayacaq
11. Xəritə hazırlayın
- Əgər oyun oynamağı sevirsinizsə sizin üçün əla fürsətdir. Bir neçə mərhələdən ibarət ardıcıl bir plan hazırlayın və hədiyyəyə çatmaq üçün ona ipucları verin.
12. Səsli təbrik
- Ad günü mesajı yaza və ya həmin yazını səsli formada göndərə bilərsiniz. Hətta ona özəl bir mahnı da oxuya bilərsiniz.
Ümid edirik ki, bu məqaləmizlə sizə faydalı ola bildik. Hədiyyə seçiminizdə uğurlar arzu edirik, məqaləmizi oxuduğunuz üçün isə sizə çoxlu-çoxlu təşəkkür edirik!
Bizi sosial şəbəkələrdə izləyə bilərsiniz: Facebook