Ad günü təbrikləri üçün 10 fantastik mesaj mətnini məhz sizin üçün hazırladıq. Hər zaman yaxınlarımıza onların xoş günlərində gözəl və mənalı sözlər demək istəyirik. Qarşı tərəfin də hər zaman sizdən gözləntisi olur. Mesaj mətnlərini istədiyiniz kimi dəyişə və ya eynisini istifadə edə bilərsiniz.
Ad günü təbrikləri üçün 10 fantastik mesaj
- Hər zaman indiki kimi xoş qəlbli, səmimi qalmağını arzu edirəm. Ən dəyərli hədiyyələrə layiqsən. Ad günün mübarək!
- Səni bərk-bərk qucaqlamaq istəyirəm. Gözlərindəki, qəlbindəki parıltının hər zaman davam etməsini istəyirəm. Yeni yaşın mübarək!
- Bu gün mənim üçün ən gözəl günlərdən biridir. Çünki bugün mənim üçün doğulan insanın, yəni sənin günündür. Yeni yaşın mübarək!
- Yeni yaşın yeni başlanğıclar, yeni uğurlar gətirsin. Hər zaman ulduz kimi parla.
- Qəlbindəki bütün arzularının həyata keçməsini diləyirəm. Sənə çox dəyər verirəm. Yeni yaşın bol-bol uğurlar gətirsin.
- Hər zaman yanındayam. Sənin istədiyin zaman sənə dəstək olacam. Yaxşı ki, varsan.
- Arzuların əlçatan, pisliklər isə səndən uzaq olsun. Unutma ki, sənin istədiyin zaman sənə dəstək olacam. Yaxşı ki, varsan. Yaxşı ki, doğulmusan.
- Bəzən birlikdə sevinirik, bəzən kədərlənirik, bəzən bir-birimizdən inciyirik. Amma unutma ki, hər bir duyğu bizi biraz da bir-birimizə yaxınlaşdırır. Yaxşı ki, doğulmusan.
- Gülmək sənə çox yaraşır. Sevincin qəlbindəki müsbət enerjini əks etdirir. Hər zaman gülümsə. Ad gününü təbrik edirəm.
- Yaxşı ki, səni tanımışam, yaxşı ki, biz qarşılaşmışıq. Sən çox dəyərlisən. Bunu unutma heç zaman. Ad gününü təbrik edirəm. Yeni yaşın bol şans gətirsin.
Ümid edirik ki, bu məqalə ilə sizə faydalı ola bildik. Ad günü təbriki üçün mesaj yazarkən qarşı tərəfin spesifik xüsusiyyətlərini mətnə əlavə edə bilərsiniz. Məsələn: çox gülən biridirsə hər zaman belə gülməsini, sevincli olmasını arzu edin. Ümumiyyətlə, insanlar adətən öz spesifik xüsusiyyətlərini kimsə deyəndə, onu müsbət hal kimi dəyərləndirəndə çox sevinirlər.
Ad günü təbriki ilə bağlı daha çox ideya üçün bu məqaləyə keçid edə bilərsiniz.
Bizi sosial şəbəkələrdə izləyə bilərsiniz: Facebook
Ən maraqlı bloq yazılar və xəbərləri oxumaq üçün saytımızı izləyin…