Pensiya alanlara ŞAD XƏBƏR – Məbləğ 320 manat oldu
Moderator.az saytı xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub.
Azərbaycanda əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunub.
Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.
Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi “Əmək pensiyaları haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb.
Pensiya alanlara ŞAD XƏBƏR – Məbləğ 320 manat oldu
Belə ki, layihədə təklif edilən dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunur.
Qeyd edək ki, bundan əvvəlki əmək pensiyasının minimum məbləği 280 manat məbləğində müəyyən edilmişdi.
Daha çox xəbər üçün bizi izləyib saytımıza abunə ola bilərsiniz. Sizi ən maraqlı məqalələr və xəbərlərlə təmin edirik.
Bu məqalələr də sizə maraqlı ola bilər: