Friday, April 18, 2025



ən son paylaşılan

21 yanvar üçün HAVA PROQNOZU AÇIQLANDI

21 yanvar üçün HAVA PROQNOZU AÇIQLANDI. 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında 21 yanvar üçün HAVA PROQNOZU AÇIQLANDI. Əsasən, yağmursuz hava olacağı gözlənilir. Lakin axşama doğru bəzi şərq rayonlarında az çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 0-5 ° şaxta olacaq.

Ən son paylaşılan

ən çox oxunan