Friday, May 9, 2025



ən son paylaşılan

XƏBƏRDARLIQ EDİLDİ! Bu gün bütün mikrorayonlarda SU KƏSİLƏCƏK

Bu gün Bakının bütün mikrorayonlarında və Rəsulzadə qəsəbəsinin bir hissəsində suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, buna səbəb su xəttində baş verən qəzanın aradan qaldırılması işləridir.

Saat 19:00-dan sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.


Ən son paylaşılan

ən çox oxunan