Wednesday, April 23, 2025



ən son paylaşılan

ƏHALİNİN DİQQƏTİNƏ! Müdafiə Nazirliyi partlayış səslərilə bağlı MƏLUMAT YAYDI

Moderator.az xəbər verir ki, 15-16 yanvar tarixlərində istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

Ən son paylaşılan

ən çox oxunan