Friday, April 18, 2025



ən son paylaşılan

İstanbul-Moskva aviareysi təxirə salındı – AÇIQLAMA VERİLDİ

Yerli vaxtla saat 02:00-da İstanbuldan Moskvaya uçmalı olan “Aeroflot”a məxsus “SU-2139” təyyarəsi texniki nasazlıq səbəbindən yola düşə bilməyib.
Bu barədə “Baza” Teleqram kanalı məlumat verib.
Sərnişinlər reysin ləğvi barədə uçuşa az qalmış xəbər tutublar. Onlardan təyyarəni tərk etmələri, baqaj alınması prosedurundan və pasport nəzarətindən keçmələri istənilib.
Əvvəlcə reysin saat 09:00-da, daha sonra 16:30-da uça biləcəyi açıqlanıb. Eyni zamanda, başqa təyyarənin təqdim edilib-edilməyəcəyi də dəqiq bildirilməyib.
“Aeroflot” nümayəndələri reysin ləğvini texniki problemlərlə izah ediblər.

Ən son paylaşılan

ən çox oxunan