Wednesday, April 23, 2025



ən son paylaşılan

İtkin düşən tibb bacısı meşədə özünü asdı – Azərbaycanda ŞOK HADİSƏ

Qusarda meyiti tapılan tibb bacısının intihar etdiyi məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Qusar-Köhnə Xudat yolunun 1-ci kilometrliyində, yolun sağındakı meşədə baş verib.

Şabanova Nigar Sərdar qızı meşədə özünü asaraq, həyatına son qoyub.

Faktla bağlı araşdırma aparılır.

***

13 yanvar, saat: 18:00

Qusar şəhəri yaxınlığında, meşəlik ərazidə qadın meyiti aşkarlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin iki gün öncə itkin düşən Qusar şəhər sakini Nigar Şabanova olduğu müəyyənləşib.

Nigar Şabanova Qusar rayon Mərkəzi Xəstəxanasında həyat yoldaşı, həkim-stomatoloq Elşad Şabanovun yanında tibb bacısı işləyirmiş.

Onların iki azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.


Ən son paylaşılan

ən çox oxunan